Bakıda bərbərxanaya basqın edildi

1 İyun, 2020, 12:13
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Bakıda bərbərxanada quldurluq hadisəsi olub.

Hurriyyet.org xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib. Qəsəbədə fəaliyyət göstərən bərbərxanaya daxil olan naməlum şəxs əlindəki dəmir parçası ilə orada bərbər işləyən Orxan Kazımova hücum edərək onu hədələyib və 120 manatını alıb hadisə yerindən qaçıb.

Suraxanı rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsivə 30-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Malik Məmmədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb./trend/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93