Bakıda bərbad vəziyyətdə olan kitabxana binası ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

23 May, 2020, 13:41
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakıda yararsız kitabxana binasının sosial şəbəkələrdə yayılan fotolarına münasibət bildirib.

İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bərbad vəziyyətdə olan tikili kitabxananın öz binası deyil:

“Nəsimi rayonunda, Cavadxan küçəsi, 21 ünvanında yerləşən kitabxana Nəsimi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasının əsl binası deyil. Hazırda kitabxananın binasında təmir işləri aparıldığı üçün müvəqqəti olaraq orada yerləşdirilib.

Təmir başa çatdıqdan sonra yenidən köçürüləcək. Bildiyiniz kimi, bir neçə aydır ki, koronavirus pandemiyası ilə bağlı ölkədə karantin vəziyyəti elan edildiyi üçün əməkdaşlar işə gəlməyib. Onlar işə gəldikdən sonra kitabxananın köçürüldüyü binanın üzərinin o vəziyyətə salındığını görüblər”.

“Lazımi göstərişlər verilib. Kitabxananın ətrafı abadlaşdırılacaq. Ərazini o vəziyyətə salan daha çox ətrafda yaşayış binası tikənlərdir. Ərazi abadlaşdırıldıqdan sonra biz də ölçülər götürəcəyik”, – deyə İdarədən qeyd edilib.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93