Bakıda bağ evində faciə – 2 yaşlı uşaq öldü

1 İyun, 2020, 10:41
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Bakıda iki yaşlı körpə qız bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə Sabunçu rayonunun Pirşağı qəsəbəsində qeydə alınıb.

Belə ki, iki yaşlı İ.K. (şərtidir) valideynləri ilə birlikdə qəsəbə ərazisində yaşayan qohumlarıgilə (uşağın xalasıgilə) qonaq gedib. Nəzarətsiz qalan körpə həyətdə oynayarkən hovuza düşərək boğulub. Bu zaman uşağın anası və xalası evdə olduğundan hadisədən uşaq öləndən sonra xəbər tutublar. Onlar uşağın meyitini bir neçə dəqiqə sonra hovuzda aşkarlayıblar.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır./report/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93