Bakıda bank kartlarından oğurluq edən şəxs tutuldu – VİDEO

9 May, 2020, 16:01
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Bakıda bank kartlarından oğurluq edilib. 

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən verilən məlumata görə, BŞBPİ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlara məxsus bank kartlarından oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri məhkum olunmuş Rövşən Rəhimov müəyyən olunaraq saxlanılıb.

Şübhəli şəxsin üzərindən 0,620 qram heroin aşkar olunaraq götürülüb.

R.Rəhimovun ətrafında keçirilən araşdırmalarla müəyyən olunub ki, o, 2019-cu ilin iyul ayının 30-da Xətai rayon ərazisində yerləşən bankomatlardan birindən B.Kərimovaya məxsus 1 000 manat pulu talayıb.

Şübhəli şəxsin digər oğurluq əməllərində iştirakı istisna olunmur. Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Bakı Şəhər Baş Polis İdarəsinə (590-68-81) müraciət edə bilərlər.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93