Ev Kriminal Bakıda DƏHŞƏT – Ruhi xəstə qızı qaçırıb təcavüz etdilər

Bakıda DƏHŞƏT – Ruhi xəstə qızı qaçırıb təcavüz etdilər

2

Bakının Biləcəri qəsəbəsində ruhi xəstə qızın başına oyun açıblar.

Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan proqramda iştirak edən Nəzrinin anası Rəhimənin açıqlamaları hər kəsi dəhşətə gətirib. O, qızının Namiq adlı şəxs tərəfindən qaçırıldığını və cəmi bir neçə ay yataraq azadlıqa çıxdığını bildirib.

“Qızımı qaçırdı. Bir gün evdə saxlayıb. Ona təcavüz edib, sonra evə gətirib düşürüb. Ona cinayət işi açıldı. Yasamalda müstəntiq Elgiz müəllim həmin şəxsi tutdu. Sübut olundu ki, Nəzrinə təcavüz edən Namiqdir.  Amma Namiq bir neçə ay sonra küçədə gəzirdi. İndi  2 gündür qızım yenə də yoxdur”.

Daha sonra Nəzrinin təcavüzdən sonra bir neçə şəxslə də görüşdüyü bəlli olub. Rəhimə xanım gələn mesajlara cavab olaraq bildirib ki, qızım ruhi xəstə olduğu üçün onu aldadıb aparırlar. /unikal.org/