Bakıda dəmiryolu stansiyasında yanğın – VAQON ALOVLANDI

2

Bakı şəhərinin Qaradağ rayonunda yanğın olub.

Hurriyyet.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus dəmiryolu stansiyasının ərazisində ehtiyat yolda dayanan istifadəyə yararsız vaqonun yanar hissələri 60 m² sahədə yanıb.

Qoşquda olan digər vaqonlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.