Bakıda evlərdən oğurluq edən 25 yaşlı qız tutuldu

21 May, 2020, 10:07
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Bakıda mənzillərdən oğurluq edən 25 yaşlı qız tutulub.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, mayın 9-da Suraxanı rayonu Əmircan qəsəbəsində İ. Abbasova məxsus mənzilə pəncərədən daxil olunmaqla 1000 manat dəyərində televizor və məişət əşyaları oğurlanıb.

Bundan başqa mayın 19-da Əmircan qəsəbəsində N. Əmirovaya məxsus mənzildən 700 manat dəyərində noutbuk oğurlanıb.

Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən oğurluq etməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Əfsanə Ağayeva tutulub.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93