Bakıda hamilə qadın koronavirusdan vəfat etdi

29 İyun, 2020, 15:01
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Bakıda hamilə qadın koronavirusdan dünyasını dəyişib.

Hurriyyet.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat paylaşıb. Bildirilib ki, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında müalicə alan qadın 10 günlük komadan sonra ayılmayıb.

ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova məsələ ilə bağlı bildirib ki, ananın vəziyyəti get-gedə ağırlaşdığına görə körpəni xilas etmək üçün təcili qeysəriyyə əməliyyatı olunub:

“Ana çox ağır “COVİD”li xəstə idi. Hazırda körpənin vəziyyəti ilk günlərdəki kimi çox ağırdır. Bətndə ananın vəziyyəti ilə bağlı oksigen azlığı keçirib. Bu səbəbdən, baş beyində ciddi zədələnmələr var. Müayinələrdə beyində qanama, beynin işemik zədələnməsi aşkarlanıb. İlk andan körpə ağciyərlərin süni tənəffüs cihazına bağlıdır. Hələ ki, cihazdan ayırmaq mümkün deyil. Bununla yanaşı, vaxtından erkən doğulmanın əlamətləri vəziyyətini daha da ağırlaşdırır.

Uşaqdan götürülmüş “COVİD-19” RP – PCR testi neqativdir. Sonrakı vəziyyəti ilə bağlı proqnoz vermək mümkün deyil, körpəni hər an itirə bilərik”.

Qeyd edək ki, koronavirusdan dünyasının dəyişən qadının bir azyaşlı qızı da var.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93