Bakıda iki avtobus toqquşdu: ÖLƏN VAR – VİDEO

28 May, 2020, 15:32
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

Hurriyyet.org oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Əhmədli qəsəbəsində qeydə alınıb.

Qəza ilə bağlı görüntülər sosial şəbəkədə paylaşılıb. Videogörüntülərdə mikroavtobus ilə 44 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun toqquşduğu müşahidə olunur.

Hadisə nəticəsində ölən və yaralananlar var.

TƏBİB-dən yol-nəqliyyat hadisəsi ilə bağlı oxu.az-a daxil olan ilkin məlumata görə, hadisə nəticəsində 62 yaşlı bir nəfər vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

 


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93