Bakıda maskalı şəxs evə basqın etdi

3 İyul, 2020, 10:32
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Bakıda maskalı şəxs bıçaqla mənzilə basqın edib.

Hurriyyet.org-un məlumatına görə, iyulun 1-də Binəqədi rayon sakini, 43 yaşlı V. Kubryanov ərizə ilə polisə müraciət edərək səhər saatlarında naməlum maskalı şəxsin onun mənzilinə bıçaqla daxil olaraq, ona hədə-qorxu gələrək televizor və digər məişət əşyalarını quldurluq yolu ilə taladığını bildirib.

Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 43 yaşlı Mayis Abbasov saxlanıb.

Faktla bağlı araşdırma aparılır./apa/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93