Bakıda müştəri marketin əməkdaşını bıçaqladı

8

Bakının Sabunçu rayonunda gəncin kürək nahiyəsinə üç bıçaq zərbəsi vurulub.

APA bildirir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.

Marketdə satıcı işləyən 1997-ci il təvəllüdlü Həsənov Səbuhi Sahib oğlu alıcı ilə mübahisə edib. Satıcının kürək nahiyyəsinə üç bıçaq zərbəsi vurulub.

Yaralı xəstəxanaya yerləşdirilib.