Bakıda narkotik satan şəxs saxlanıldı – FOTO

5 İyun, 2020, 11:15
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Bakıda narkotik satan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Hurriyyet.org-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Baş İdarə əməkdaşlarının paytaxtın Yasamal rayonunda keçirdikləri tədbir zamanı Sumqayıt şəhər sakini Valeh Hüseynov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman ümumi çəkisi 970 qram olan narkotik vasitə heroin aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni şəxsiyyəti istintaqa hələlik məlum şəxsdən satmaq niyyəti ilə  aldığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Valeh Hüseynovun  cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93