Bakıda polis əməliyyat keçirdi: 7 nəfər həbs edildi

21 May, 2020, 10:32
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Bakının Sabunçu rayonunda əməliyyat keçirilib.

Hurriyyet.org xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməkdaşları tərəfindən Maştağa qəsəbəsində yaşayan Məşədi Bağırovun həyətində aqrotexniki üsulla yetişdirilmiş 43 ədəd 670 qram çətənə kolu aşkar edilib.

Bundan başqa Səbail rayon Polis İdarəsinin narkotiklə mübarizə bölməsinin əməkdaşları tərəfindən Abşeron rayon sakini Şahin Əliquliyev həbs edilib. Ondan 0,120 qram heroin aşkar edilərək götürülüb.

Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində külli miqdarda narkotik vasitə satmaqda şübhəli bilinən Rahib Cəbiyev həbs edilib.

Daha bir əməliyyat Qaradağ rayounda keçirilib.

Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində külli miqdarda narkotik satmaqda təqsirli bilinən Çingiz Ağayev, Rövşən Əhmədov, İsmayıl Yusifov, Röyal Əhmədov həbs ediliblər./teleqraf.com/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93