Bakıda qəbirstanlıqdan oğurluq edildi

1

Bakıda qəbirstanlıqda oğurluq hadisəsi baş verib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə iyulun 1-i axşam saatlarında Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Dağlı küçəsində yerləşən qəbirstanlıqda qeydə alınıb.

Belə ki, naməlum şəxs və ya şəxslər həmin ərazidən 500 manat dəyərində dəmir barmaqlıqlar oğurlayıb.

Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər – 1993-cü il təvəllüdlü Əfqan Məhərrəmov və 1982-ci il təvəllüdlü Faiq Bayramov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.