Bakıda qadının intihar cəhdinin qarşısı alındı – YENİLƏNİB / VİDEO

1

Bakıda 21 yaşlı qadının intihara cəhdinin qarşısı alınıb. 

Onunla aparılan profilaktik söhbətlər zamanı yaxınlıqda olan polis əməkdaşı qadını xilas edib.

***

Bakıda qadın intihara cəhd edir.

21 yaşlı qadın Həsən Əliyev küçəsində yerləşən körpünün üstünə çıxaraq, intihar etmək istəyir.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerindədir./oxu.az/