Bakıda və ətraf bölgələrdə orduya dəstək yürüşü başladı – VİDEO

14 İyul, 2020, 21:16
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Bu dəqiqələrdə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindəki məcburi köçkün şəhərciyində ordumuza dəstək aksiyası başlayıb.
Mindən çox vətəndaş dəstək aksiyasına qatılıb, onların əksəriyyəti gənclərdir. Hətta qadınlar, uşaqlar da yürüşə qatılıb. Əvvəl mitinqlə başlayan kütləvi aksiya hazırda yürüş olaraq davam etdirilir.
Yürüşdə Azərbaycan Ordusuna dəstək şüarları səslənilir. Azərbaycan bayraqları qaldırılır və Azərbaycan İqtidarına müharibəyə başlamaq çağırışları edilir.
Təcili surətdə səfərbərlik elan olunması çağırışları edilir, aksiyaçılar döyüşə getməyə hazır olduqlarını bildirirlər. Gənclər bu gün şəhid olan generalın, şəhidlərimizin ruhuna and içərək “Öldü var, döndü yoxdur!” şüarı səsləndiriblər, və bildiriblər ki, döyüşlərdə iştirak etməyə hazırdırlar, Azərbaycan Respublikasının Ali Baş Komandanı yetər ki, döyüş əmri versin.
Nizami rayonunun “Neftçilər” metrostansiyasının qarşısından “Orduya Dəstək” yüşüşü başlayıb və hazırda davam edir.
Musavat.com-un əməkdaşı xəbər verir ki, yürüşdə orduya və iqtidara dəstək şüarları səsləndirilir.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93