Bakıda yeni tikilinin divarı uçdu, üç ailə evsiz qaldı – VİDEO

20 May, 2020, 14:34
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Bakının Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, 115 ünvanında yerləşən bina altı ildir ki, qəzalı vəziyyətdədir.

Hazırda binada üç ailə çətin şəraitdə yaşayır.

Belə ki, 2014-cü ildə “Azər Gür” tikinti şirkətinin qonşuluqda inşa etdiyi çoxmərtəbəli binanın divarı uçaraq, bu sakinlərin yaşadığı ikimərtəbəli binanın üzərinə düşüb.

Dağıntılar altında qalan beş ailə üzvünü Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çıxarıblar.

Sakinlər bədbəxt hadisədən sağ çıxsalar da, bina yararsız vəziyyətə düşüb.

Bundan sonra tikinti şirkəti bir ilə yeni tikilən binada zərərçəkmişləri evlə təmin edəcəyi ilə bağlı onlarla müqavilə imzalayıb. Lakin illərdir ki, bu sakinlərin problemlərini həll edən yoxdur.

Məsələ ilə bağlı tikinti şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, zəngimizə cavab verən olmadı.

Daha ətraflı Baku TV-nin süjetində:


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93