“Bakıda yerləşən erməni kilsəsində “Azərbaycanlıların Soyqrımı”na həsr olunmuş muzeyin olmasını istəyərəm” – JALƏ ƏLİYEVA

3

Türkiyədə Aya Sofiya tarixi abidəsi, məscidə çevirildikdən sonra, Bakıda yerləşən erməni kilsəsinin də, elə özlərinin törətdiyi qanlı tarixi cinayətlərinə həsr olunmuş muzeyə çevrilməsiylə bağlı təkliflər səsləndirilir. Nəzərə alsaq ki, ermənilər işğal edilmiş Azərbaycan torpaqlarında tarixi abidələrimizi məhv etmiş və hətta məscidlərimizi kilsəyə belə çeviriblər.

Hurriyyet.org mövzuyla bağlı Milli Məclisin deputatı, professor Jalə Əliyevayla həmsöhbət olub. Deputat, məsələnin müzakirəyə çıxarılacağı təqdirdə,erməni kilsəsinin “Azərbaycanlıların Soyqrımı”na həsr olunmuş muzeyin olmasını istədiyini qeyd edib. O, bu addımın Azərbaycanın haqq səsinin və haqlı mübarizə apardığının dünyaya nümayiş ola biləcəyini düşünür:

“İctimaiyyət tərəfindən gələn hər hansı bir təklif, hər bir zaman nəzərdən keçirilir. Əgər bu məsələ gündəmdədirsə, bununla bağlı müzakirələr aparıla bilər. Nəzərə alsaq ki,  Türkiyədə Aya Sofya tarixi abidəsi məscidə çevrilərək xalqın istifadəsinə verilib. Eyniylə, Bakıda da erməni kilsəsi var. Azərbaycan öz tolerantlığını göstərərək, erməni kilsəsini bu günə kimi qoruyub saxlayıb. Baxamayaraq ki, bu kilsədə ibadət edənlərin millətindən olanlar Azərbaycanın torpaqlarını işğal etmiş və tarixi abidələrimizi məhv etmişdir. Əlbəttə ki, bu kimi faktorlar nəzərə alsaq, əgər biz bu kilsəni bu günə qədər qoruyub saxlamışıqsa, bu da dünya ictimaiyyətinə olan ehtiramımızdan irəli gəlir. Sizin də söylədiyiniz kimi, əgər, məsələ müzakirəyə çıxarılarsa, erməni kilsəsində “Azərbaycanlılarının Soyqrımı”na həsr olunmuş muzeyin olmasını istəyərəm. Bu həm də bütün dünyaya Azərbaycanın haqq səsinin və haqlı mübarizə apardığının nümayişi olar. Təklif kimi düşünürəm ki, nəzərdən keçirilə bilər. Bugünki reallıqda düşmənin törətdiyi təxribatlar fonunda daha diqqətli olmalyıq. Necə ki, xaricdə ermənilər tərəfindən soydaşlarımıza qarşı təxribatlar törədilir”.

Hurriyyet.org