Bakıda zəncirvari qəza: “Jiquli” park edilmiş maşınlara çırpıldı – FOTO

2

Bakının Nəsimi rayonu ərazisində zəncirvari qəza olub.

Hurriyyet.org xəbər verir ki, hadisə “Memar Əcəmi” metro stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə ilə bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Belə ki, “VAZ 2107” markalı avtomobil idarəetməni itirərək, yol kənarında park edilmiş maşınlara çırpılıb. Zəncirvari qəza nəticəsində bir neçə avtomobilə ziyan dəyib. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

İddia edilir ki, “VAZ 2107” markalı avtomobilin sürücüsü yolda “avtoşluq” etmək istəyib, bu zaman idarəetməni itirib və qəza baş verib. / oxu.az/