Bakıda ağır qəza – Ər, arvad və 2 yaşlı uşaq xəstəxanalıq oldu

14 Mart, 2019, 13:16
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Bakıda ağır yol qəzası baş verib.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu Cavadxan küçəsində – metronun “Nəsimi” stansiyasının yaxınlığında “Mercedes” markalı minik avtomobili taksi kimi fəaliyyət göstərən digər maşın toqquşub.

Nəticədə “Mercedes”in 33 yaşlı sürücüsü, onun 27 yaşlı həyat yoldaşı və 2 yaşlı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93