Bakıda avtobus sürücüsü dispetçeri bıçaqladı

13 Fevral, 2020, 15:38
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Huriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə “Cantəpə” yaşayış massivində qeydə alınıb. 142 saylı marşrut avtobusunun sürücüsü ilə dispetçer, 1982-ci il təvəllüdlü Hüseynov Səxavət Zöhrab oğlu arasında mübahisə düşüb.

Mübahisə zəminində sürücü S.Hüseynova bir neçə bıçaq zərbəsi vurub. Yaralı ağır vəziyyətdə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsində araşdırma aparılır.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, 142 nömrəli münətəzəm marşrut xətti Manella MMC-nin müvəqqəti istismarındadır.

Gündəlik olaraq bu xətt üzrə BNA-ya şikayət daxil olur. Həm istifadə olunan avtobusların texniki vəziyyəti, həm də sürücülərin peşəkarlığı sürücülərin psixoloji durumu qənaətbəxş deyil. Dəfələrlə daşıyıcı qarşısında məsələ qaldırılsa da, tədbirlər görülməyib.

Bu səbəbdən də həmin xətt yaxın vaxtlarda müsabiqəyə çıxarılacaq. Mövcud daşıyıcı müsabiqə şərtlərinə cavab verməsə, təbii ki, onunla müvəqqəti istismara dair imzalanmış müqaviləyə xitam veriləcək.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93