Salam, xoş gəlmisiniz.

Bakıda başı telefona qarışan sürücü dəhşət saçdı - ANBAAN VİDEO

2020-02-12 21:46:00

Bakıda başı telefona qarışan sürücü dəhşət saçdı - ANBAAN VİDEO

Bakıda baş vermiş qəza anı kameraya düşüb.

Gecə saatlarında əks istiqamətdə yüksək sürətlə hərəkətdə olan “Toyota Prado” markalı avtomobilin sürücünün başı mobil telefona qarışdığı üçün qarşıdan gələn avtobusu görmür. Nəticədə dəhşətli qəza hadisəsi baş verir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, son vaxtlar qəzaların 70 faizi sürücü diqqətsizliyindən baş verir:

“Sürücülərə tövsiyə edirik ki, sükan arxasında maksimum dərəcədə diqqətli olsunlar. Mobil telefondan istifadə etməsinlər. Eyni zamanda, sərnişinlər də müxtəlif vasitələrlə sürücünün diqqətini yayındırmasınlar. Bütün bunlar ilk növbədə siz sürücülərin və sərnişinlərin həyatı üçün təhlükəlidir”. \\Avtosfer.az

 

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93