Bakıda beş nəfər itkin düşdü – İkisi məktəblidir

14 İyun, 2019, 15:16
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Bakının Qaradağ rayonunda iki azyaşlı itkin düşüb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 2004-cü il təvəllüdlü Fuad Elnur oğlu Əliyev və qonşusu 2005-ci il təvəllüdlü Qəhrəman Vüqar oğlu Cəfərli iyunun 12-si saat 08:00 radələrində məktəbə getmək adı ilə evdən çıxıb və geri qayıtmayıblar. Azyaşlıların valideynləri bununla bağlı rayonun 10-cu Polis Bölməsinə müraciət ediblər.

Hazırda yeniyetmələrin axtarışları davam edir.

Qeyd edək ki, ötən sutka ərzində hüquq-mühafizə orqanlarına itkindüşmə ilə bağlı üç ərizə daxil olub. Xətai rayonunda iyunun 12-də, günün ayrı-ayrı vaxtlarında 1977-ci il təvəllüdlü Məmmədov Vasif Vaqif oğlu, 1936-cı il təvəllüdlü Yusifova Mazaltu Avışalumovna və 1969-cu il təvəllüdlü İsgəndov Cavanşir Əjdər oğlu itkin düşüb./oxu.az/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93