Bakıda kişiyə və qadına qarşı iyrənc hərəkət – TƏFƏRRÜAT

13 Yanvar, 2020, 14:40
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Bakının Nəsimi rayuonunda soyğunçuluq hadisəsi baş verib.

Hurriyyet.org xəbər verir ki, 19-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini D.Nəsirov yanvarın 12-də saat 9 radələrində Cavadxan küçəsi ev 28-in qarşısında 1 nəfərin ona zor tətbiq edərək mobil telefonunu aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Bundan başqa, Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də Ş.Məmmədovanın çantasından içərisində 400 manat və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Əliyev saxlanılıb./teleqraf.com/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]t.org
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93