Salam, xoş gəlmisiniz.

Bakıda məktəbli qızları oğurlayan qadın peyda olub? - RƏSMİ AÇIQLAMA

2020-01-24 09:58:00

Bakıda məktəbli qızları oğurlayan qadın peyda olub? - RƏSMİ AÇIQLAMA

Bakı məktəbində uşaqları oğurlayan qadın peyda olması barədə iddialar var.

Bununla bağlı iki valideynin whatsapp sosial şəbəkəsində səsi yayılıb.

İddia olunur ki, paytaxtın İlqar Əliyev adına 96 saylı tam orta məktəbinin həyətində təxminən 45-50 yaşlı qadın uşaqlara yaxınlaşıb, onları dilə tutaraq oğurlamaq istəyib. Bu zaman orada olan digər valideynlər qadına mane olublar.

Bildirilib ki, qadından başqa, məktəbin qarşısında avtomobildə bir neçə kişi də olub. Həmin şəxslərin qadınla əlbir olduqları iddia edilir.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru, Elşad Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar İdarənin nəzarətinə götürülüb.

"Tərəfimizdən müvafiq araşdırmalar davam etdirilir”, - o deyib.

Qadının cinayət etdiyi təsdiqlənmədiyindən fotoda onun üzünü açıq göstərmirik.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93