Bakıda muzdlu işçilərin orta aylıq əməkhaqqı yanvarda 960 manata yaxın olub

    4

    Bu ilin yanvar ayında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 957,5 manat təşkil edib.

    "APA-Economics"in Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu göstərici 2019-cu ilin müvafiq dövrünə nisbətən 19,8% artıb.