Bakıda nənə öldü: nəvələr 3 gün sonra bildilər

14 Fevral, 2020, 14:34
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Bakıda evdən meyit tapılıb.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Rayon sakini, 90 yaşlı Kərimova Balaxanım Əmir qızının meyiti evində aşkar edilib.

Araşdırmalar zamanı B.Kərimovanın üç gün əvvəl öldüyü müəyyən edilib. Qadın evdə nəvələri ilə birgə yaşayıb. Əqli qüsuru olan uşaqlar nənələrinin öldüyünü bilməyiblər. Evdən gələn kəskin qoxudan şübhələnən qonşular mənzilə daxil olduqda qadının meyitini aşkar ediblər.

Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93