Salam, xoş gəlmisiniz.

Bakıda qadına qarşı İNANILMAZ FIRILDAQ - Aldadıb 84 min manat aldılar

2019-09-10 11:15:07

Bakıda qadına qarşı İNANILMAZ FIRILDAQ - Aldadıb 84 min manat aldılar

Bakıda polisə müraciət edən qadın üzləşdiyi dələduzluq əməli ilə bağlı məlumat verib.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinə müraciət edən 1967-ci il təvəllüdlü Yeganə Ələkbərova Ceyhun adlı tanışının onu aldatdığını bildirib. Polisə poçt vasitəsi ilə şikayət ərizəsi göndərən qadın qeyd edib ki, həmin şəxs ona birgə biznes quracaqları ilə bağlı müxtəlif vədlər verib. Bu məqsədlə Ceyhun Y.Ələkbərovadan 2018-ci ilin sentyabr-dekabr aylarında 41 min manat və 25 min dollar (təxminən 43 min manat) pul alıb. Həmin şəxs pulları qadının yaşadığı evin qarşısına gələrək təhvil alıb. Lakin Ceyhun verdyi vədlərə əməl etməyib, qadından aldığı pulları da geri qaytarmayıb.

Müraciət əsasında araşdırma aparılır.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru