Salam, xoş gəlmisiniz.

Bakıda qəribə hadisə: “Baldızım hər gün içib, bizi evdən qovur” - VİDEO

2020-02-07 14:12:00

Bakıda qəribə hadisə: “Baldızım hər gün içib, bizi evdən qovur” - VİDEO

“Baldızım içir. Məni iki uşaqla küçəyə atır. Ərim gecə işdə olur. O da içir. Baldızım içəndə özünü idarə edə bilmir. Məni qovur, sonra düşür dalımca ki, bağışla, içkili olmuşam. Öpür məni. Evə aparır. Bir gün sonra yenə eyni şeyi edir. Bezmişəm”.

Bunu evdən qovulan iki uşaq anası Zöhrə deyib.

O, “Space” TV-də Amil Xəlilin təqdimatında yayımlanan “Gəl dərdini danış” verilişində bu barədə məlumat verib. 

Daha sonra Amil Xəlil məsələdə adı hallanan Günellə danışıb. O, iddiaları qismən qəbul edib: 

“İçmişəmsə, o da içib. Bəli, onu döymüşəm, amma səbəb var”.
 
Zöhrənin əri də açıqlama verib. O, imkansızlıqdan bir evdə yaşadıqlarını deyib və bir həftə vaxt istədiyini bildirib. 

“Bir həftə vaxt verin, hər şey yaxşı olacaq”, - deyə Sübhan qeyd edib. 

/unikal.org/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93