Salam, xoş gəlmisiniz.

Bakıda "Lexus" "Mercedes"i vurdu, 13 yaşlı oğlan qəzada öldü

2019-07-15 12:17:03

Bakıda "Lexus" "Mercedes"i vurdu, 13 yaşlı oğlan qəzada öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Heydər Əliyev prospektində qeydə alınıb.

Həmidov Rizvan Rza oğlu idarə etdiyi "Lexus" markalı avtomobillə Hava Limanından "Koroğlu" metrostansiyası istiqamətində hərəkətdə olarkən Bakı Olimpiya Stadionunun yaxınlığında idarəetməni itirərək qarşıda onunla eyni istiqamətdə hərəkət edən Yusubov Zamin İsməli oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobili vurub.

Hadisə nəticəsində "Mercedes" markalı avtomobildə olan sərnişin, sürücü Z.Yusubovun oğlu, 2006-cı il təvəllüdlü Yusubov Namiq Zamin oğlu ağır dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru