Salam, xoş gəlmisiniz.

Bakıda sevgililərin intiharı: Qızın meyiti tapıldı

2020-03-24 12:13:00

Bakıda sevgililərin intiharı: Qızın meyiti tapıldı

Fevralın 25-də gecə saatlarında Dənizkənarı Bulvarda biri kişi, digəri qadın olmaqla, iki nəfərin intihar etməsi barədə xəbər vermişdik.

Dənizkənarı Milli Park ərazisində Sabirabad rayon sakini, 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci il təvəllüdlü Məmmədov Babahüseyn Zöhrab oğlu özlərini dənizə atıblar. 25 yaşlı B.Məmmədov xilas edilərək, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Lakin N.Rzazadənin meyitini aşkar etmək mümkün olmamışdı.

Hurriyyet.org xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının səyi nəticəsində N.Rzazadənin meyiti tapılıb. Əraziyə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri və polis əməkdaşları da cəlb olunub.

Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93