Bakıda sürü ilə itlər gəzir – Video

11 İyul, 2019, 19:49
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Bakı küçələrində sahibsiz heyvanlar sakinləri narahat edir. Küçə itlərinin quduzlaşması, son vaxtlar hətta azyaşlılara hücumu insanların bu narahatlığını daha da artırıb.

Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə yaradılmış "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin hazırladığı videoçarxda paytaxt sakinləri küçə itləri ilə bağlı yaşadıqları problemlərdən bəhs ediblər.

Sakinlər bildirir ki, küçə itlərinin səhərə qədər ulaşması evdə körpələrin yatmasına imkan vermir. Axşam saatlarında uşaqlar həyətdə oynamaq istəsələr də, itlərə görə bayıra çıxa bilmirlər.

"1921 – qaynar xətt"inə edilən zənglərə cavab olaraq tədbirlər görülsə də, ərazidə sahibsiz itlər hələ də çoxdur.

Suraxanı rayon sakinləri də itlərin əlindən tərpənə bilmədiklərini deyir. Uşaqları nə həyətə buraxa, nə də məktəbə rahat göndərə bilirlər.

Bəziləri isə sahibsiz heyvanların hamısının bir məkanda saxlanılmasını, itlərə ziyan vermədən sığınacaqlara yerləşdirilməsini təklif edirlər.

Sakinlər itlərin sürü ilə gəzdiyini, insanların üstünə cumduğunu da bildirirlər.\\Ölkə.az


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93