Bakıda taksi sürücüsü piyada keçidində yaşlı kişinin üstündən belə keçdi – ANBAAN VİDEO

16 Sentyabr, 2019, 10:06
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Bakıda baş vermiş ağır yol-nəqliyyat hadisəsi kameraya düşüb.

Hurriyyet.org avtosfer.az-a istinadən xəbər verir ki, yaşlı kişi piyada keçidindən keçir. Bu zaman sağa dönən taksi sürücüsü gəldiyi sürətlə kişinin üstündən keçir.

Daha sonra isə geriyə verərək ikinci dəfə onu təkərin altında qoyur. Hadisə nəticəsində piyada yerindəcə həyatını itirir.

Qeyd edək ki, sağa və sola dönən zaman sürücü yolu keçən piyadaya yol verməlidir.

Həmçinin piyada keçidi olduğunu nəzərə alsaq sürücü mütləq şəkildə avtomobilin sürətini azaltmalı və dayandırmalı idi.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93