Salam, xoş gəlmisiniz.

Bakıda Ucar sakinini öldürən 3 nəfər saxlanıldı

2019-07-08 17:22:11

Bakıda Ucar sakinini öldürən 3 nəfər saxlanıldı

Polis və prokurorluq orqanlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Nizami rayonunda qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsinin üstü açılıb.

Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Hurriyyet.org-a verilən məlumata görə, cari il iyunun 24-də rayonun Q.Qarayev prospektində yerləşən binalardan birinin qarşısındakı yaşıllıq sahəsində dülgərlik fəaliyyəti ilə məşğul olan Ucar rayon sakini Samir Hüseynovun odlu silahdan açılmış atəşlə öldürülməsinə xarakterik xəsarətlər olan meyitinin aşkar edilməsi faktına görə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanmışdır.

Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs - paytaxt sakini Əli Abdullayev, Biləsuvar rayon sakini İlqar Əliyev və Lənkəran rayon sakini Ülvi Hüseynov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunduğundan onlar tutularaq istintaqa cəlb edilmişlər.

İstintaq hərəkətləri zamanı saxlanılanlar etirafedici ifadələr vermiş və qətl hadisəsində istifadə etdikləri “Glock” markalı tapançanın gizlədildiyi yeri göstərmişlər.

Qeyd olunan silah götürülərək maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilmişdir.

Hər üç şəxs təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru