Bakıda zəncirvari qəza – Yol polisinin iştirakı ilə

19 Avqust, 2019, 8:27
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Bakıda yol polisi avtomobilinin iştirakı ilə qəza baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisindəki Bakı Dairəvi Yolda qeydə alınıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 4-cü tağımının avtopatrulu, polis şerjantı, 1994-cü il təvəllüdlü Həsənalıyev Sənan Qurban oğlunun idarə etdiyi 99 YP 341 dövlət nömrə nişanlı “BMW” markalı avtomobillə 1993-cü il təvəllüdlü Paşazadə Emin Qəzənfər oğlunun idarə etdiyi 10 BH 288 dövlət nömrə nişanlı “VAZ 21 07″ markalı avtomobillər toqquşub. Zərbənin təsirindən “VAZ 2107″ markalı avtomobil idarəetmədən çıxaraq Gürcüstan vətəndaşı Mürsəl Qurbanovun idarə etdiyi BA 999 KU nömrə nişanlı “Mercedes” markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər 3 avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93