Bakıdakı külək 15 ağacı aşırdı – EHTİYATLI OLUN

13 İyul, 2019, 9:01
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Bakıda gecə davam edən güclü külək 15-ə yaxın ağacı aşırıb.

Hurriyyet.org xəbər verir ki, Bakı Meriyasının Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu hadisə paytaxtın müxtəlif rayonlarında qeydə alınıb. Təxminən 6-7 ağac kökündən sınaraq aşıb. Bir ağac avtomobilin üzərinə düşüb. Maşına ciddi ziyan dəyməyib.

Aşan ağaclar ərazidən götürülüb. İdarə gücləndirilmiş iş rejimində çalışır. Güclü külək nəticəsində əyilərək qəzalı vəziyyətə düşən ağaclar qeydiyyata alınıb, təhlükənin aradan qaldırılması üçün işlər görülür.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93