“Bakının qızları” mahnısının ifaçısı vəfat etdi

1

“Bakının qızları” mahnısı ilə məşhurlaşan estrada müğənnisi Cavanşir Əliyev 75 yaşında dünyasını dəyişib.

Hurriyyet.org xəbər verir ki, bu barədə kulis.az-a sənətçinin yaxınları məlumat verib.

Qeyd edək ki, C.Əliyev Tofiq Əhmədovun rəhbərlik etdiyi tele-radionun estrada orkestrinin, Rusiyada məşhur musiqiçi Anatoli Krollun orkestrinin solisti olub.