Salam, xoş gəlmisiniz.

Bakının bu prospektində maksimal sürət həddi azaldılır

2020-01-13 14:31:00

Bakının bu prospektində maksimal sürət həddi azaldılır

Bakının Heydər Əliyev prospektində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədi ilə sürət həddi (ilk iki hərəkət zolağında) 110 km/saat-a endiriləcək.

Hurriyyet.org bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir. 

Məlumata görə, bununla əlaqədar, digər hərəkət zolaqlarında da sürət hədləri müvafiq olaraq tənzimlənəcək. Agentliyin bununla bağlı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına ünvanladığı müraciətə aidiyyəti qurumlar tərəfindən müsbət rəy verilib. Yanvarın 17-də sürət hədlərinin endirilməsi təmin olunacaq. Buna qədər isə zəruri texniki məsələlər həll olunacaq.

"Sürücülərimizdən yollarda diqqətli olmalarını və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edirik", - qurum bəyan edib. 

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru