Bakının mərkəzində qan töküldü: kütləvi dava bıçaqlanma ilə bitdi

19 Sentyabr, 2019, 8:03
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Nəsimi rayonunda kütləvi dava baş verib.

Hurriyyet.org oxu.az-a istinadən xəbər verir ki, hadisə metronun “Memar Əcəmi” stansiyası yaxınlığında baş verib.

Bayramov Tural Fərhad oğlu idarə etdiyi “BMW X5” markalı avtomobillə hərəkətdə olarkən qarşıdakı “Daewoo Centra” markalı avtomobilə yol verməyib.

Bu zaman sürücülər arasında mübahisə yaranıb. Nəticədə kütləvi dava baş verib.

Dava zamanı “Daewoo”-nun sürücüsü 17 yaşlı Vəli Saleh oğlu Məmmədov və avtomobildə olan bir neçə nəfər bıçaqla T.Bayramova və “BMW”dəki sərnişinlərə hücum edib.

Hadisə zamanı yaralanan T.Bayramov dərhal xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı Nəsimi Rayon Polis İdarəsində araşdırılır.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93