BAKININ MƏRKƏZİNDƏ BOMBA HƏYƏCANI – Prokurorluq və polis orqanları əməkdaşlarının yaşadığı binaya partlayıcı qoyulub?

15 Noyabr, 2018, 20:20
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Bakinin mərkəzində, Üzeyir Hacıbəyov küçəsi 53 A ünvanında yaşayış binasının blokuna partlayıcı qurğu qoyulduğu iddia edilir.

Hurriyyet.org-a məlumat verən sakinlər deyir ki, bu informasiya daxil olduqdan dərhal sonra əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları cəlb olunub.

Məlumata əsasən, sakinlər yaşayış binasından təxliyyə olunub. Hazırda binada axtarış tədbirlərinin həyata keçirildiyi bildirilir.

Sakinlər deyir ki, Prezident Administrasiyasının qonaq evinə bitişik olan sözügedən binada əsasən prokurorluq və polis orqanlarının əməkdaşları yaşayır. Bu baxımdan, ərazidə təhlükəzislik tədbirlərinin gücləndirildiyi bildirilir.

Hurriyyet.org

P.S. Mövzu ilə bağlı əlavə məlumat verməyə çalışacağıq.

 


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93