Bakıya çox sayda təcili yardım maşını gətirildi – FOTOLAR

3

Bakıya xeyli sayda təcili tibbi yardım maşınları gətirilib. 

Bu barədə baku.ws-in “qaynar xətt”inə məlum daxil olub.

Məlumatda xeyli sayda ambulans maşınlarının Bakı istiqamətinə yük maşınları vasitəsilə daxil olması öz əksini tapıb.

Mövzu ilə bağlı TƏBİB-ə müraciət etdik və təcili tibbi yardım maşınlarının hansı məqsədlə Bakıya gətirilməsini dəqiqləşdirdik. TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, bu, koronavirus xəstəxanaları üçün deyil: “Bu, icbari tibbi sığortanın tətbiqi ilə bağlı təchizatla əlaqədardır. Əvvəldən də açıqlanmışdı ki, təchizatda yeniliklər olacaq və bu, planlı işdir. Ambulansların gətirilməsinə başlanılıb və davam da edəcək”.