Bakıya yeni Şollar su kəməri çəkiləcək

11
su kran mətbəx

Xaçmaz rayonunun Şollar qəsəbəsindən Bakıya III su kəməri çəkilməsi planlaşdırılır. 

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda öz əksini tapıb.

Sənəddə deyilir ki, “Azərsu” ASC Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə bu ilin avqust–dekabr aylarında III Şollar su kəmərinin mənbəyinin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlayacaq və layihələndirməni həyata keçirəcək.