Salam, xoş gəlmisiniz.

Balakəndə sistem qoyulan məktəbli komaya düşərək öldü - FOTO

2020-01-14 12:54:00

Balakəndə sistem qoyulan məktəbli komaya düşərək öldü - FOTO

Balakəndə məktəbli dünyasını dəyişib.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə yanvarın 13-ü Balakən şəhərində qeydə alınıb. Şəhər sakini, 10 yaşlı Turan Tural oğlu Mahatov bir neçə gün əvvəl soyuqdəymə və yüksək hərarət ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Xəstəxanada T. Mahatov müayinə edilib və ona sistem köçürülüb.

Sistemdən sonra T. Mahatovun ürək döyüntüləri artmağa başlayıb. Onun vəziyyəti pisləşdiyi üçün təcili Bakı şəhərindəki xəstəxanalardan birinə aparmaq qərarı verilib. 10 yaşlı Turan Bakıya aparılarkən yolda vəziyyəti ağırlaşdığı üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Aparılan müdaxilələrə baxmayaraq T. Mahatov Şəki RMX-da vəfat edib.

Qeyd edək ki, Turan Mahatov 3-cü sinif şagirdi olub.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru