Baş prokuror Ziya Məmmədovun qardaşı oğlunu işdən çıxardı – Qaralovun əsas kadrı idi

16 May, 2020, 22:58
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Yeni Baş prokuror Kamran Əliyev sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlunu işdən çıxarıb.
 
Bu gün verilən əmrlə Baş prokurorun böyük köməkçisi, baş ədliyyə müşaviri Məmmədov Namiq Nəriman oğlu vəzifəsindən azad edilib.
Baş prokirorun digər əmri ilə N.Məmmədov kiçik vəzifəyə təyin edilib.
Bundan sonra o, FHN, DTX, DSX-nin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru kimi çalışacaq.
Qeyd edək ki, əvvəllər Daxili işlər orqanlarında çalışan N.Məmmədov sabiq Baş prokuror Zakir Qaralovun uzun illər köməkçisi olub və onun ən yaxın adamlarından biri hesab edilib. \\BakuPost

Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93