Salam, xoş gəlmisiniz.

Baş həkim Putinə koronavirusla bağlı 2 yol təklif etdi – “Ən pis halda İtaliya senarisi olacaq"

2020-03-25 14:30:00

Baş həkim Putinə koronavirusla bağlı 2 yol təklif etdi – “Ən pis halda İtaliya senarisi olacaq

Dünən koronaviruslu xəstələrin müalicəsi üçün əsas mərkəzi xəstəxana hesab edilən Kommunarkaya baş çəkən Rusiya prezidenti baş həkim Denis Prosenko ilə söhbət edərək, ondan hadisələrin gedişi barədə məsləhətlər alıb.

Putin Rusiyanı nələr gözlədiyi və virusun qarşısını almaq üçün səhiyyənin necə səfərbər olunması ilə maraqlanıb.

Hurriyyet.org medicina.az-a istinadən xəbər verir ki, baş həkim prezidentə 2 mümkün ssenari barədə proqnoz verib.

“Rusiyada epidemiyanın yayılması 2 ssenari üzrə baş verə bilər: Asiya variantı, hansı ki, alovlanma tez nəzarətə alınır və sönür, digəri İtalyan variantı – onu saxlamaq çox çətin olur.

Mən bir həkim, reanimatoloq kimi, hesab edirəm ki, biz italyan senarisinə hazır olmalıyıq. Görünür ki, Moskva böyük epidemiya yoluna qədəm qoyub, indi biz xəstəxanaların transformasiyası, mobilizə olunması və daha çox xəstə qəbuluna hazır olması ilə sürətli məşğul olmalıyıq. Amma ümid edirəm və istisna etmirəm ki, Rusiyada Asiya senarisi də inkişaf edə bilər, bu halda xəstəliyin yayılması aprel-may ayına kimi çəkəcək”.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93