Salam, xoş gəlmisiniz.

Baş nazir mediasiya xidmətlərinin rüsumu ilə bağlı qərar verdi - MƏBLƏĞLƏR

2019-07-17 12:07:06

Baş nazir mediasiya xidmətlərinin rüsumu ilə bağlı qərar verdi - MƏBLƏĞLƏR

Baş Nazir Novruz Məmmədov "İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ni təsdiq edib.

Hurriyyet.org xəbər verir ki, qərar 2020-ci il iyulun 1-dən qüvvəyə minir.

Qərara görə, rüsumlar aşağıdakı kimi müəyyən edilib:

1. Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə - 50 manat

2. Əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə - 50 manat

İqtisadi mübahisələr üzrə

1. iddia qiyməti 500 manatadək olduqda - 20 manat

2. iddia qiyməti 501 manatdan 1000 manatadək olduqda - 40 manat

3. iddia qiyməti 1001 manatdan 5000 manatadək olduqda - 60 manat

4. iddia qiyməti 5001 manatdan 10000 manatadək olduqda - 100 manat

5. iddia qiyməti 10001 manatdan 50000 manatadək olduqda - 200 manat

6. iddia qiyməti 50000 manatdan çox olduqda - 400 manat

İlkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərin məbləği təsdiqedici sənədlər əsasında 10 manatdan çox olmayaraq müəyyən edilir.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru