Salam, xoş gəlmisiniz.

"Seçkidə qanunvericiliyi pozanlar ciddi şəkildə cəzalanacaqlar" - Rüstəm Usubov

2018-02-15 12:50:14

"Seçkidə qanunvericiliyi pozanlar ciddi şəkildə cəzalanacaqlar" - Rüstəm Usubov

Azərbaycanda hüquqi dövlətin bazası möhkəmləndirilib. Ölkədə mövcud olan siyasi sabitlik, demokratik prinsiplər seçkilərin şəffaf şəraitdə keçirilməsinə tam imkan verir”.

Hurriyyet.org xəbər verir ki, bunu dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə baş prokurorun birinci müavini Rüstəm Usubov deyib.

O qeyd edib ki, burada prokurorluq orqanlarının da funkisiyası var: “Ölkədə prokurorluq orqanları seçkilərin keçirilməsində qanunçuluğa əməl edilməsinə nəzarət edir. Bu prosesdə qanuna ziddi hərəkətə yol verənlərin məsuliyyətə cəlb olunması əsas məsələlərdəndir. Qanunvericiliyi pozanlar ciddi şəkildə cəzalanacaqlar. Azərbaycanda keçirilən seçkilərdə ən çox şikayət bələdiyyə seçkiləri zamanı daxil olub. Bu da həmin seçkinin daha kütləvi olmasıdır. 2013-cü ildə keçirilən prezident seçkiləri ilə bağlı prokurorluq orqanlarına 6 müraciət daxil olub. Bu şikayət üzrə də müvafiq addımlar atılıb”.

R.Usubov əlavə edib ki, əvvəlki seçkilərdə nöqsanlara yol verilib, amma hazırda qanun pozuntularına yol verilmir.

O qeyd edib ki, prokurorluq orqanları dairə seçki komissiyaları ilə əməkdaşlıq edir./report/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93