Baş prokurorun diplomunun saxta olduğu üzə çıxıb – İstefası tələb olunur

9 Oktyabr, 2019, 9:33
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Gürcüstanın baş prokuroru Şalva Tadumadzenin istefası tələb olunur.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, buna onun ali təhsil haqqında saxta diplomunun üzə çıxması səbəb olub.

Sənədə əsasən, Ş.Tadumadze 1994-cü ildə təsis olunan Tbilisi Humanitar İnstitutuna 1993-cü ildə qəbul olunub.

Baş prokuror Gürcüstanın Ali Məhkəməsinin hakimliyinə namizəddir. Hazırda parlamentdə onun iştirakı ilə dinləmə keçirilir.

Parlament müxalifəti Ş.Tadumadzeni namizədliyini geri götürməyə və baş prokuror vəzifəsindən istefa verməyə çağırıb.

Qeyd edək ki, Ş.Tadumadze 2018-ci ilin iyul ayından qonşu ölkənin baş prokurorudur.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93