Başına 1 milyon qoyulan daha bir terrorçu MƏHV EDİLDİ

2

Türkiyə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən axtarışda olan Firaz Amed ləqəbli təhlükəli terrorçu İzzet Yiğit Elazığın Arıcak rayonunun Göresedağı bölgəsində keçirilən antiterror əməliyyatında məhv edilib.

Bu barədə DİN məlumat yayıb.

Terrorçu İ.Yiğit üç il əvvəl Diyarbəkirdə 16 mülki şəxsin öldüyü və Elazığda 3 polis zabitinin şəhid edildiyi terror aktlarına və digər cinayətlərə görə ittiham olunurdu. Onun axtarışı üçün 1 milyon türk lirəsi (təxminən 146 min ABŞ dolları) vəsait ayrılmışdı. İzzet Yiğit ilə bir yerdə zərərsizləşdirilən digər terrorçu Devrim Devran ləqəbli Salih Ekinci olub. Axtarışına eyni məbləğdə vəsait ayrılan S.Ekincinin məhv edilməsi bir neçə gün əvvəl təsdiq edilib. \\Teleqraf.com