Başqalarının şəxsiyyət vəsiqəsi ilə sərnişin daşıyan sürücü həbs edildi – FOTO

11 İyul, 2020, 11:03
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Xaçmazda karantin qaydalarını pozaraq xüsusi icazəsi olan şəxslərin şəxsiyyət vəsiqələri ilə sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Hurriyyet.org-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar xidməti ərazidə müvəqqəti stasionar postda xidmət aparan zaman respublika ərazisində elan edilmiş xüsusi karantin rejimi qaydalarını pozaraq Bakı şəhərinə sərnişin daşımağa cəhd edən B.Qasımovu saxlayıblar.

Məlum olub ki, o, xüsusi icazə sistemində qeydiyyatdan keçən başqa bir taksi sürücüsünə məxsus şəxsiyyət vəsiqəsi ilə sərnişin daşımaq istəyib. B.Qasımov idarə etdiyi “Opel” markalı avtomobillə ayrı-ayrı şəxslərdən 50 manat pul vəsaiti almaqla onları Bakı şəhərinə aparacağını vəd etmiş, postlardan sərnişinləri keçirtmək üçün isə özündə saxladığı xüsusi icazəsi olan müxtəlif vətəndaşlara məxsus şəxsiyyət vəsiqələrindən istifadə etməyə cəhd edib.

Faktla bağlı Xaçmaz RPŞ-də toplanmış materiallar qanunvericiliyin tələblərinə əsasən qərar qəbul edilməsi üçün aidiyyəti üzrə Xaçmaz rayon məhkəməsinə göndərilib və məhkəmənin müvafiq qərarlarına əsasən B.Qasımov inzibati qaydada həbs edilib.

Karantin qaydalarını pozan digər şəxslər isə inzibati qaydada məsuliyyətə cəlb olunublar.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93